banner
banner

İdman

Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

Almaniyanın "Bild" nəşri "Formula 1" üzrə dünya çempionatında 2020-ci il mövsümünün mümkün təqvimini təqdim edib.

"Report"un məlumatına görə, təqvimdə Azərbaycan Qran-prisinin vaxtı da göstərilib.

Almaniyalı jurnalistlərə görə, mövsüm iyul ayından tez başlamayacaq. Bakıda yarışın sentyabrın 6-da baş tutacağı göstərilib.

İddiaya görə, Avstriya (5-12 iyul), Böyük Britaniy (26 iyul-2 avqust) və Macarıstan (16-23 avqust) mərhələlərinin sayı ikiqat artırılacaq.

Təqvimə həmçinin Sinqapur (20 sentyabr), Rusiya (27 sentyabr), Çin (4 oktyabr), Yaponiya (11 oktyabr), Meksika (1 noyabr), Braziliya (8 noyabr), Vyetnam (22 noyabr), Bəhreyn (6 dekabr) və Abu-Dabi (13 dekabr) Qran-priləri də daxil edilib.

Beləliklə, mövsümün 17 mərhələdən ibarət olacağı vurğulanıb.

Qeyd edək ki, "Formula 1"də 2020 mövsümünün başlaması koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.