Türkiyənin "Kayserispor" klubunda çıxış edən Hasan Hüseyin Acar Azərbaycan millisinin təklifini qəbul etməyib.
"Report"un məlumatına görə, bu barədə 26 yaşlı yarımmüdafiəçi DHA-ya açıqlamasında bildirib.
O, hər futbolçu kimi milli komandada çıxış etməyi hədəflədiyini, amma Türkiyə yığmasında oynamaq istədiyini vurğulayıb.
Hüseyin Acar Azərbaycandan təklif aldığını da təsdiqləyib: "Hər gənc oyunçu kimi Türkiyə millisinin formasını geyinmək niyyətindəyəm. Yığma komandaya yaxınlaşdığımı düşünürəm, bu çıxışımı davam etdirə bilsəm, komandaya çağırılacağımı gözləyirəm".
Qeyd edək ki, Hasan Hüseyin Acar 2018-ci ilin yayından "Kayserispor"da çıxış edir. O, daha öncə açıqlamasında Azərbaycan millisində oynamağa müsbət yanaşdığını deyib. AFFA əvvələr də Azərbaycan əsilli türkiyəli futbolçuları milliləşdirib.


