banner
banner

Gündəm

Həbs edilən başçı bu məşhurla qudadır

Həbs edilən başçı bu məşhurla qudadır

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələrinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan Biləsuvar rayon icra başçısı Mahir Quliyev məşhur iş adamı Hacı İbrahim Nehrəmli (İbrahimov) ilə qudadır.

M.Quliyevin qızı Hacı İbrahimin oğlu ilə ailəlidir. Cütlüyün toyu 2011-ci ildə baş tutub.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib.

Artıq İcra Hakimiyyətinin binasına giriş qadağan edilib.

Əməliyyat zamanı icra başçısı Mahir Quliyevlə yanaşı, birinci müavin Xanlar Məmmədov, rayonun bələdiyyə sədri İlqar Abbasov, Mərkəzi Xəstəxananın baş həkimi Xoşbəxt Ağayeva, Kommunal Müəssisələri Kombinatının direktoru Xalidə Ağayeva, Məşğulluq Xidmətinin rəisi Mübariz Mustafayev, şəhər icra nümayəndəsi Qabil Xammədov saxlanılıb

Qeyd edək ki, Mahir Quliyev 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.