banner
banner

İdman

FIDE reytinqi: Şahmatçılarımız mövqeyini qorudu

FIDE reytinqi: Şahmatçılarımız mövqeyini qorudu

Beynəlxalq Şahmat Federasiyası (FIDE) mart ayı üçün reytinq siyahısını açıqlayıb.

"Report" FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb.

Koronavirus pandemiyasına görə İddiaçılar Turnirindən imtina edən Dünya Kubokunun qalibi Teymur Rəcəbov 9-cu pillədəki yerini qoruyub. Onun aktivində 2 765 xal var.

Şəhriyar Məmmədyarov isə 2764 xalla 11-ci yerdə qalıb.

Qədir Hüseynov (2665) 72-ci, Nicat Abbasov (2670) 74-cü pillədə yer alıb. 2 654 xalı olan Rauf Məmmədov 91-ci sıradakı yerini qoruyub.

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2 863 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2 835 xalla 2-ci, çinli Dinq Liren 2 791 xalla 3-cüdür.

Qadınlardan Günay Məmmədzadə ötən reytinqlə müqayisədə 1 pillə geriləyib və 2 443 xalla 29-ci yerdə qərarlaşıb. 2 371 xala malik Gülnar Məmmədova 77-ci pillədə qalıb. Ülviyyə Fətəliyeva (2 377) “100-lüy”ü tərk edib. Əvəzində isə Xanım Balacayeva 2 362 xalla 86-cı sıraya yüksəlib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.