Niderland avrokuboklara vəsiqələrdən birini itirə bilər.
Apasport.az saytının xəbərinə görə, ölkənin futbol federasiyası bu barədə klubları məlumatlandırıb.
Bildirilir ki, UEFA Niderlandı avrokuboklardakı 5-ci yerdən məhrum edə bilər. Bu, koronavirus pandemiyası üzündən dayandırılan futbol mövsümünün bərpa olunmadan vaxtından əvvəl başa çatması ilə bağlıdır.
Federasiya Avropa Liqasının ikinci təsnifat mərhələsinə vəsiqənin çempionatda 5-ci yeri tutan “Villem” klubuna verilməsini qərara alıb. UEFA bu klubu yarışa buraxmasa, Niderlandın 4 təmsilçisi qalacaq.
İki klubu Çempionlar Liqasında oynayan “Zanbaqlar ölkəsi”nin Avropa Liqasındakı üç təmsilçisindən ikisi çempionat, biri kubokla müəyyənləşməli idi. Federasiya hər üç yeri çempionata əsasən müəyyənləşdirib ki, bu da UEFA-nın narazılığına səbəb ola bilər.


