“Azərbaycan dilini korlayan qəzetlərdir”- Aqil Abbas
Milli Məclisdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş) layihələr müzakirəyə çıxarıldı.
Komitə sədri Zahid Oruc layihə barədə geniş məlumat verdi.
Deputatlar Erkin Qədirli, Nigar Arpadarai, Qənirə Paşayeva, Hicran Hüseynova, Nizami Cəfərov və digərləri layihə ilə bağlı fikirlərini söylədilər.
“Azərbaycan dilini korlayan qəzetlərdir. Çünki beşcə yüz söz bilən adam jurnalistdir. Ona görə də müəyyən cəzalar lazımdır. Çünki bu sahəni bazara çeviriblər”.
Bu fikirləri isə deputat Aqil Abbas Milli Məclisdəki çıxışında söylədi. O bildirdi ki, Dilçilik İnstitutu mənasız işlərlə məşğuldur. A.Abbas dedi ki, bir neçə il əvvəl mərhum Ağamusa Axundova dilçilikdəki problemlərlə bağlı məktub da yazıbmış. “Keçmişdə masa üzərində orfoqrafiya lüğəti olurdu, yaxud “Kommunist” qəzeti, ya “Azərbaycan gəncləri”ni götürüdük ki, görək söz orda necə yazılıb. Bu gün müəyyən nazirlərimiz var ki, bilmirsən hansı dildə danışırlar. Bəzi nazirlərimiz də var ki, danışıqlarına görə cərimə olunsaydı, gərək maaşını cərimə ödəməyə verərdi. Heç erməni də o cür danışa bilməz. Azərbaycan dilinin orfoqrafik qaydalarını pozanları cərimələyin ki, ağılları başlarına gəlsin. Sovet dövründə jurnalistlər orfoqrafik səhv buraxa bilməzdi”. Deputat bir çox digər problemlərin olduğunu qeyd etdi: “Biz hələ millətimizə ad tapa bilmirik”. A.Abbas dil qaydalarını pozanlara qarşı cəza mexanizminin tətbiqini zəruri saydı: “Mən Aqil Abbas “gələjəm” dediyimə görə kimsə məni cəzalandıra bilməz. Amma mən bunu mətbuatda yazsam, cəzalanmalıyam”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.