banner
banner

İdman

ABŞ millisinin maaşla bağlı iddiası rədd edildi

ABŞ millisinin maaşla bağlı iddiası rədd edildi

Kaliforniyadakı federal məhkəmə ABŞ-ın futbol üzrə qadınlardan ibarət millisinin yerli federasiyaya qarşı qeyri-bərabər maaşla bağlı iddiasını rədd edib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, oyunçular daha az maaş aldıqları, ucuz otellərdə qaldıqları və daha pis şəraitdə məşq etdikləri üçün iddia qaldırıblar.

Hakim oyunçuların maaşla bağlı iddiasını rədd edib, lakin qeyri-bərabər iş şəraiti ilə bağlı fikirlərini dəstəkləyib. Federal məhkəmə bu məsələyə iyunun 16-da baxacaq.

Qeyd edək ki, məhkəmə iddiası 2019-cu ildə komandanın kapitanı Aleks Morqanın təşəbbüsü ilə qaldırılıb. Oyunçular 66 milyon ABŞ dolları təzminat tələb ediblər. ABŞ-ın qadınlardan ibarət yığması 2019-cu ildə dünya çempionatının qalibi olub.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.