Məsut Özil Türkiyə Qızıl Ayparasına 80 min funt vəsait köçürüb
Londonun "Arsenal" klubunun futbolçusu Məsut Özil Türkiyə Qızıl Ayparasına 80 min funt vəsait köçürüb.
Trend-in məlumatına görə, vəsait pandemiya zamanı oruc tutan müsəlmanları dəstəkləmək məqsədi daşıyır.
"Qardaşımız Məsud sayəsində ehtiyacı olan insanlara yardım ediləcək, biz hər şeyi onlara ən qısa müddətdə çatdıracağıq", - türk Qırmızı Aypara başçısı Kərəm Kinik deyib.
Qeyd olunur ki, Almaniyanı təmsil edən M.Özil 23 Apreldə başlayan müqəddəs Ramazan ayında Türkiyə və Suriyadakı 16 min ehtiyyacı olan insanı ərzaq və dərmanla təmin edəcək.
M.Özil "Arsenal"ın ən çox maaş alan oyunçulardan biridir. Məlumdur ki, futbolçu davamlı olaraq xeyriyyəçiliklə məşquldur.
M.Özil 2014-cü ilin dünya çempionu, 2010-cu ildə dünya və 2012-ci il Avropa Çempionatlarının bürünc mükafatçısıdır. "Real Madrid"in tərkibində oynayarkən İspaniya çempionu adını (2011/12), ölkə kuboku (2010/11) və Super kubokunu (2012), Almaniyanın "Bremen" (Bremen) klubunda oynayarkən ölkə kubokunu (2008/09), "Arsenal"ın tərkibində isə İngiltərə kuboku (2013/14, 2014/15, 2016/17) və super kubokunu (2014, 2015, 2017) qazanıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb