Dövlət Statistika Komitəsi ev təsərrüfatlarının sənaye fəaliyyəti haqqında məlumat yayıb.Cia.az-ın məlumatına görə, ötən ilin oktyabr-noyabr aylarında Dövlət Statistika Komitəsi tərəfindən ölkənin bütün rayonlarını əhatə etməklə “Ev təsərrüfatlarının sənaye fəaliyyətinin öyrənilməsinə dair” birdəfəlik statistik müayinə keçirilib.
Müayinəyə 9579 ev təsərrüfatı cəlb edilib. Ev təsərrüfatlarından 5559-u (58,0 faiz) şəhər, 4020-si (42,0 faiz) kənd yaşayış məntəqələrini əhatə edib.
İl ərzində ev təsərrüfatları tərəfindən istehsal olunan əsas məhsullar: emal edilmiş süd – 418,5 min ton, təzə çörək – 392,1 min ton, ət istehsalı (quş əti daxil olmaqla) – 137,6 min ton, süd məhsulları – 102,5 min ton, meyvə və tərəvəz konservləri – 43,4 min ton, kompot – 40,9 min ton, mürəbbə və cem – 32,5 min ton, tort, pirojnalar və digər şirniyyat məmulatları – 28,8 min ton, meyvə və üzümdən alınan spirt – 94,1 min dekalitr, şərab – 59,5 min dekalitr, xalça və xalça məmulatları – 1,0 min kv.metr olub.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.