banner
banner

Dünya

Rusiya Kim Çen Inı medalla mükafatlandırdı - FOTO

Rusiya Kim Çen Inı medalla mükafatlandırdı - FOTO

Koreya Xalq Demokratik Respublikasının (KXDR) başçısı Kim Çen In Böyük Vətən Müharibəsi illərində KXDR-də həlak olmuş və dəfn edilmiş sovet vətəndaşlarının xatirəsinin əbədiləşdirilməsinə verdiyi töhfəyə görə “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” medalı ilə mükafatlandırılıb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Koreya Xalq Demokratik Respublikasındakı Səfirliyi özünün “facebook”dakı səhifəsində bildirib.

"Rusiya Federasiyası Prezidentinin fərmanına uyğun olaraq Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In Koreya Xalq Demokratik Respublikası ərazisində həlak olmuş və dəfn edilmiş sovet döyüşçülərinin xatirəsinin əbədiləşdirilməsinə şəxsi töhfə və memoriallara qayğı ilə bağlı “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illik yubiley medalı ilə mükafatlandırılmışdır", - xəbərdə deyilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.