banner
banner

Sosİal

Daha bir azərbaycanlı Almaniyada koronavirusa yoluxub

Daha bir azərbaycanlı Almaniyada koronavirusa yoluxub

Almaniyada qaçqın yataqxanasında qalan 34 yaşlı Azərbaycan vətəndaşı koronavirusa (COVID-19) yoluxub.

“Report”un Avropa bürosunun Düsseldorf şəhər Səhiyyə İdarəsindən əldə etdiyi məlumatda deyilir ki, ötən gün 140 sığınacaq axtaranın qaldığı yataqxanada koronavirusa görə götürülən test nümunələrindən 6-sı pozitiv çıxıb.

Bundan sonra ərazi karantin altına alınıb, koronavirusa yoluxanlar yaxınlıqdakı xəstəxanalara köçürülüblər. Sözügedən yataqxanada qalan soyadaşlarımız “Report”a bildirib ki, koronavirus testi müsbət çıxanlardan biri Azərbaycan vətəndaşıdır. 34 yaşlı soydaşımız 2019-cu ildə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyib. Elə həmin il Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) onun sığınacaq istəyini rədd edərək, barəsində deportasiya qərarının çıxarılması üçün Düsseldorf şəhər İdarə Məhkəməsinə müraciət edib.

Avropanı cənginə alan koronavirus pandemiyasına görə, Almaniya sərhədlərini bağladığı üçün onun ölkədən çıxarılması qeyri-müəyyən vaxta təxirə salınıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.