banner
banner

İdman

"Neftçi"də 6 itki

"Neftçi"də 6 itki

Azərbaycan Premyer Liqasının 29-cu turunda sabah "Xəzər Lənkəran"la qarşılaşacaq "Neftçi" bu oyuna ciddi itkilərlə çıxacaq.

"Neftçi"nin baş məşqçisi Arif Əsədov Qol.Az-a verdiyi açıqlamada Lənkəranda keçiriləcək görüşdə 6 futbolçunun xidmətindən yararlana bilməyəcəyini deyib.

Bunlardan Məqsəd İsayev, Ernest Nfor zədəli olması, Rauf Əliyev isə "suçiçəyi" xəstəliyinə tutulması səbəbindən qarşıdakı oyunda iştirak etməyəcək. 

Eyni zamanda cəzalı duruma düşən Mirhüseyn Seyidov, Əziz Quliyev və Karlos Kardosa da "Xəzər Lənkəran"la görüşdə oynamayacaqlar. Kardosa ötən turda "Simurq"la keçirilən oyunun 74-cü dəqiqəsində aqressiv hərəkətinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün AFFA braziliyalı futbolçunu 3 oyun cəzalandırıb. Futbolçuya verilmiş cəzanın iki oyunu şərti cəza kimi tətbiq olunub və ona 6 aylıq sınaq müddəti verilib.

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Neftçi" oyunu sabah, saat 17:00-da başlayacaq. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.