banner
banner

Şou

"Burada ayıb nə var ki?" - Ədalət Şükürov

"Burada ayıb nə var ki?"

Xəbər verdiyimiz kimi, əməkdar artist Ədalət Şükürov ATV-də yayımlanan “Qonaq gəl bizə” verilişinin qonağı olub.
Verilişin formatına uyğun olaraq, müğənniyə dahi sənətkarlarımızın şəkilləri göstərilib və adları soruşulub.
Ə.Şükürov aktyorlar Adil İsgəndərov, Fazil Salayev, Məlik Dadaşovun şəkillərinə baxsa da, onların kimliyini söyləyə bilməyib. Ən maraqlısı isə, əməkdar artist dahi bəstəkar Qara Qarayevi tanımayıb.

Axşam.az-ın məlumatına görə, Editor.az-a danışan Ədalət Şükürov bildirib ki, hadisə belə olmayıb:

“Mənə Qara Qarayevin şəklini göstərdilər. Dedim, səhv etmirəmsə, bu, Qara Qarayevdir. Burada nə ayıb şey var ki? 18 yaşımdan Azərbaycanı tərk etmişəm. Rusiyada, Sankt-Peterburq şəhərində yaşamışam. Ola bilər ki, hansısa azərbaycanlı sənətkarı üzdən tanımayım. Mən həmin jurnalistlərə rus sənətkarların şəkillərini göstərsəm, onlar da tanımayacaqlar. Bu adamlar uzunqulaqdılar. Hər şeyi qara rəngdə görürlər, ona görə də qara gündədirlər”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.