Kişilər üçün faydalı və ziyanlı olan məhsulların siyahısı hazırlanıb.
ANS PRESS-in məlumatına görə, sən demə bir ovuç qoz spermanın keyfiyyətini yaxşılaşdırır, 50 yaşdan sonra ata olmaq şansını artırır. Bunun üçün isə 12 həftə ərzində gündəlik qoz yemək lazımdır.
Qozun tərkibində xüsusi yağlar var ki, kişilərin hormonal fonunu yaxşılaşdırır. Yaxın zamanda ata olmaq istəyənlər üçün lobya, qulançar və dəniz məhsulları da məsləhətdir. Onların tərkibində zülal və maqnezium var, dəniz məhsulları isə sinklə zəngindir.
Steyk sevənlər isə ehtiyatlı olmalıdırlar. Qırmızı qızarmış ətdən tez-tez istifadə spermazoidlərin hərəkətini məhdudlaşdıra, hətta problemlər də yarada bilər.
Mütəxəssislər həftədə iki dəfədən çox qırmızı ət yeməməyi məsləhət görürlər. Yarıbişmiş çiy qızarmış ət şişlərin inkişafı riskini də artırır. Həfdə 4 dəfə belə məhsulun istifadəsi xəstəlik riskini 40 faiz artırır.
Bunun günahı isə ətdə yox, onun hazırlanma qaydasındadır. Beləki güclü odda tez bişən məhsulda kasrogen maddələr yaranır.
Buşda bişirilən soyutma ətə qarşı isə alimlərin etirazı yoxdur.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.