Suriyada döyüşən İŞİD terror qruplaşmasının üzvü olan azərbaycanlı öldürülüb. ANS PRESS-in məlumatına görə, bu barədə sosial şəbəkədə məlumat yer alıb. 42 yaşlı azərbaycanlı Abdul Vahid adı ilə tanınıb. O, başından vurulub. Həmin şəxsin Tərtər rayonundan olduğu vurğulanıb. ANS PRESS-in bölgə müxbiri belə bir faktın baş verdiyini təsdiqləyib. Belə ki, 42 yaşlı Tərtər rayon sakini bir müddət əvvəl Suriyaya döyüşə gedib. Rayon polis şöbəsi və prokurorluğundan isə onlara bu barədə heç bir məlumat daxil olmadığı bildirilib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.