Aksiyaları sabiq baş nazir və deputatlar maliyyələşdirir
Ukrayna Təhlükəsizlik Xidmətinin müşaviri Markiyan Lubkivski Viktor Yanukoviç hakimiyyətinin üzvlərini ölkədə sabitliyi pozmaqda ittiham edib. Markiyan Lubkivski keçirdiyi mətbuat konfransında sabiq baş nazir Nikolay Azarov, keçmiş xalq deputatları Oleq Tsarev və Vladimir Oleyniki kütləvi aksiyaları maliyyələşdirməkdə günahlandırıb: “Ukraynada sabitliyi pozmağa yönələn aksiyalar üçün maliyyə dəstəyi birbaşa olaraq sabiq Baş nazir Nikolay Azarov, keçmiş xalq deputatları Oleq Tsarev və Vladimir Oleynik tərəfindən göstərilir”. Onun sözlərinə görə, istər Ukrayna paytaxtı, istərsə də digər şəhərlərdə sabitliyi pozmaq üçün təşkil olunan bütün aksiyalara görə maliyyə vəsaiti qabaqcadan ödənilib: "Və bu gün bildiririk ki, bu aksiyaların maliyyə vəsaiti birbaşa olaraq sabiq baş nazir Nikolay Azarov, keçmiş xalq deputatları Oleq Tsarev və Vladimir Oleynik tərəfindən ayrılır”. Hazırda bu şəxslərə qarşı bir neçə maddə üzrə cinayət işi açılsa da, onların Moskvada siyasi sığınacaqda olması Ukrayna prokurorluğu üçün əngəl törədib. Xatırladaq ki, bundan əvvəl Donbass separatçılarının liderlərindən olan Aleksandr Xadarkovski Rusiya “Forbes”inə müsahibəsində bildirmişdi ki, onun fəaliyyətini ukraynalı milyarder Rinat Axmetov maliyyələşdirir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.