banner
banner

Gündəm

Almaniyada daha 4 azərbaycanlı koronavirusa yoluxub

Almaniyada daha 4 azərbaycanlı koronavirusa yoluxub

Almaniyada qaçqın yataqxasında məskunlaşan 4 Azərbaycan vətəndaşının koronavirus (COVID-19) test nəticələri pozitiv çıxıb.

“Report”un Avropa börosunun əldə etdiyi məlumatda deyilir ki, ötən gün Şimali Reyn Vestfaliya əyalətinin Bonn şəhərinin Sankt Aqustin bölgəsində yerləşən və təxminən 500-ə yaxın sığınacaq axtaranın məskunlaşdığı yataqxanada yaşayanların koronavirusla bağlı verdikləri testin nəticələri açıqlanıb.

Məlum olub ki, yüngül və ağır olmaqla iki qrupda dərəcələndirilən 116 nəfərin test nəticələri pozitiv çıxıb. Sözügedən yataqxanada məskunalaşan həmvətənlərimizdən biri “Report”a bildirib ki, koronavirusa yoluxanlardan 4-ü Azərbaycan vətəndaşlarıdır:

“Onsuz da bu haym (yataqxana - almanca) həbsxana kimi yerdir. Sosial məsafənin və digər izolasiya tədbirlərinə əməl etmək mümkünsüzdür. Həkimlər haymın tibb mərkəzində hamıdan bir-bir test nümunələri götürdülər. Bu gün də yataqxananın mühafizəçiləri kimdə koronavirus çıxmışdısa, onlara anlaizlərinin nəticəsini məktubda verdi. Sonra yataqxananın qarşısında 5-6 təcili yardım maşını peyda oldu. Daha ağır xəstələri Bonn və Köln şəhərindəki xəstəxanalara apardılar. Digərlərini isə haymın bir korpusuna yığdılar. Onları orada xüsusi nəzarət altında saxlayacaqlar. Təəssüflər olsun ki, koronavirusa yoluxanlar arasında 4 azərbaycanlı da var. Onlardan ikisinin familiyası eynidir. Xəstələr haqqında şəxsi məlumatlar gizli saxlanılır deyə, onların ər-arvad və ya başqa qohumluq əlaqələrinin olduğu barədə məlumat verilmir”.

Yataqxananı işlədən “ORS Deutschland GmbH”ın sözçüsü Lutz Hahn isə bildirib ki, virus bir nəfər vasitəsi ilə yayılıb:

“Virusdan qorunmaq və gigeyinik qaydalara əməl edilməsi ilə bağlı broşürlər hazırlayıb paylamışıq. Eyni zamanda 11 dildə videoçarx hazırlayıb, yataqxana sakinlərinə izlətmişik. Lakin nəzərə alaq ki, bura həbsxana deyil. İnsanları olduqca sərt qadağalar altında saxlamaq qeyri-mümkündür. Hər kəs məsuliyyətli olmalıdır”.

Almaniyada infeksion xəstəlikləri araşdıran Robert Kox İnsitutundan isə bildirilib ki, hazırda ölkədə 12 200 aktiv koronavirus daşıyıcısı var.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.