ABŞ-ın NASA kosmik agentliyində qalmaqallı istefa baş verib. Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, NASA kosmosa peşəkar astronavtlar göndərməyə hazırlaşarkən qəfildən qurumun “İnsan kəşfləri və əməliyyatları administrasiyassının rəhbəri Duqlas Loverro istefa verib.
İdarəolunan kosmik uçuşlara nəzarət edən Loverronun istefasının səbəbləri barədə Amerika mətbuatında müxtəlif iddialar səslənir. Əsas iddialara görə, Loverro ilə NASA-nın direktoru Cim Bridenstinenin arasında anlaşılmazlıq olub və o, istefa vermək məcburiyyətində qalıb.
Loverronun istefasından sonra onu Ken Boversoks əvəz edəcəyi bildirilib.
Qeyd edək ki, ABŞ-ın NASA kosmik agentliyi 10 illik fasilədən sonra mayın 27-də idarəolunan kosmik uçuş həyata keçirəcək. Uçuş İlon Maskın "SpaceX” şirkəti tərəfindən istehsal edilən "Crew Dragon” gəmisi ilə həyata keçiriləcək. Gəmi kosmosa Florida ştatında yerləşən Kanaveral burnundan qalxacaq. Xatırladaq ki, "Crew Dragon” gəmisi artıq 2019-cu ilin aprel ayında pilotsuz uçuş həyata keçirib. O zaman gəmi beynəlxalq kosmik stansiyasına birləşmişdi.
Mayın 27-si sözügədən gəmidə kosmosa peşəkar astronavtlar Duq Hörli və Bob Benken qalxacaq.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.