banner
banner

Gündəm

Yevlaxın “Qaraçılar məhəlləsi”nə giriş-çıxış məhdudlaşdırılıb

Yevlaxın “Qaraçılar məhəlləsi”nə giriş-çıxış məhdudlaşdırılıb

Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan küçənin bir qrup sakini karantin rejiminin tətbiqini pozaraq etiraz aksiyası keçirməyə cəhd göstərib.

APA-nın məlumatına görə, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həmin şəxslərlə söhbət aparılıb və onlar bu fikirlərindən daşınıblar.

Məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında qeyd edib ki, Yevlaxda həmin məhəllədə bir qrup sakin karantin rejiminin tətbiqinə etiraz olaraq toplaşıblar: “Son günlər ən çox koronavirusa yoluxma hallarının baş verdiyi yerlərdən biri məhz Yevlax şəhəridir. Belə ki, son günlər Yevlaxda koronavirusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü həmin “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Ona görə də həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır. Orada giriş-çıxışa məhdudiyyətlər qoyulub. Buna səbəb yoluxma halının qarşısını almaqdan ibarətdir. TƏBİB həmin küçədə yaşayan sakinlərdən yaxma götürüb. Testin cavabları gələnə qədər həmin məhəlləyə giriş-çıxışa məhdudiyyət tətbiq ediləcək. Məhəllədə yaşayan insanlar bəziləri karantin rejimin tətbiqini pozmağa çalışaraq məhəllədən çıxmağa cəhd ediblər. Onların da qarşısı alınıb. Bu səbəbdən onlar etiraz əlaməti olaraq toplaşıblar. Polis və Daxili Qoşunların hərbi qulluqçuları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb. Bundan sonra həmin şəxslər öz evlərinə qayıdıblar”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.