banner
banner

Dünya

Putin xərçəngə tutulub?

Putin xərçəngə tutulub?

Amerikada nəşr olunan “New York Post” qəzeti Rusiya prezidenti Vladimr Putinin xərçəngə yaxalandığını iddia edib.

ANS PRESS-in məlumatına görə, dövlət başçısının pankreas və ya sümük iliyi xərçənginə yaxalandığı qeyd edilib. Həkimlər isə bu xərçəngə yaxalananların yaşama şansının sadəcə 8 faiz olduğunu bildirir.

Putinin Almaniyanın Dresdner şəhərindəki həkimə müraciət etdiyini yazan qəzet Rusiya prezidentinin 84 yaşlı onkoloqla Şərqi Almaniyada KQB-də işlədiyi zaman tanış olduğunu bildirib. Həmçinin həkimin Putinə əzələləri qüvətləndirici iynə vurduğu qeyd edilib.

Rus liderin 15 ildən sonra ilk dəfə oktyabrın 7-də 62 yaşını qeyd etməsi də Amerikan nəşrinin diqqətindən yayınmayıb.

Amerikalı yazar Riçard Conson isə Rusiya prezidenti barədə yazdığı bioqrafiyada Putinin 3 il ömrü qaldığını iddia edib.

“Putinin 3 il ömrü qaldı. O, ölkəsinin sərhədlərini böyüdərək öldükdən sonra qəhrəman kimi yad edilmək istəyir”.

Polşada nəşr olunan “Fakt” qəzeti isə Kreml rəhbərinin aqressiv xarici siyasətini xəstəliyi və bu xəstəliyə görə qəbul etdiyi ağır tərkibli dərmanlarla əlaqələndirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.