“Ebola” virusundan ölənlərin sayı on min beş yüzü ötüb.
ANS PRESS-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son yaydığı açıqlamada, ölümcül virusa yoluxaraq ölənlərin sayının 10 573 nəfər olduğu bildirilib. Bu, bir ay ərzində min nəfərin artması deməkdir.
Eyni zamanda, bu virusa yoluxanların sayı da artaraq 25 516 insan təşkil edib.
Statistikaya üç Qərbi Afrika ölkəsi – Qvineya, Liberiya və Syerra Leone daxildir. Ebola virusunun yaratdığı epidemiya nəticəsində Liberiyada 3746 nəfər ölüb, 8745 nəfər isə yoluxub. Serra-Leonedə ölənlərin sayı bir qədər az – 3382 nəfər olsa da, yoluxanların sayı digər ölkələrdən çox – 12 139 nəfərdir. Qvineyada isə həlak olanların sayı 2 min nəfərdən çox, yoluxanların sayı 4408 nəfərdir. Ebola virusunun yaratdığı epidemiya nəticəsində bu ölkələrdə minlərlə insan çarəsiz şəkildə ölümə təslim olacağı günü gözləyir..
Qeyd edək ki, ölüm hallarının əksəriyyəti sadalanan ölkələrdə olsa da, digər ölkələrdə də rast gəlinib. Bunlardan Malini, Nigeriyanı, Seneqalı, İspaniyanı, Böyük Britaniyanı və ABŞ-ı misal göstərmək olar.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.