banner
banner

Sosİal

Kəmalə Ağazadə: “Azərbaycanda valideyn məsuliyyətsizliyi artıb”

Kəmalə Ağazadə: “Azərbaycanda valideyn məsuliyyətsizliyi artıb”

Kəmalə Ağazadə Uşaqları Beynəlxalq Müdafiə Günündə ölkəmizdəki vəziyyətdən danışdı; “Valideyn anlamır ki, övladı təkcə onun deyil, həm də bu dövlətindir...”

Dünən - 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü idi. Xatırladaq ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Qeyd edək ki, Azərbaycanda “Uşaq hüquqları haqqında” Qanun (1998-ci il 19 may) və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib. Həmçinin ölkə prezidenti İlham Əliyev uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb.

Sevindirici haldır ki, ölkədə uşaqların hüquqlarını müdafiə edən QHT-lər, uşaq sığınacaqları fəaliyyət göstərir. Lakin bu bir faktdır ki, son illərdə uşaqlara qarşı zorakılıq da artıb. Bəzi valideynlər öz məqsədləri üçün uşaqları diləndirir və yaxud məcburi əməyə cəlb edərək, küçələrdə çalışdırır. Bir neçə gün öncə paytaxt Bakıda 11 yaşlı uşağın dilənmək istəmədiyi üçün atası tərəfindən döyülərək bıçaqlanması hadisəsi buna misal ola bilər. Rəsmi statistikaya görə isə Azərbaycanda təkcə 2019-cu ildə 420 uşaq ailədən kənarda pedaqoji və sosial kömək olmadan yaşayır, küçələrdə çalışdırılır və dilənçilik edir. 

Azərbaycan uşaqlarının daha bir problemi erməni terroru ilə üz-üzə qalmasıdır. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın açıqlamasına görə, 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları qeydə alınmaqda davam edir. H. Hüseynova qeyd edib ki, ötən dövr ərzində 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-si isə yaralanıb: “Onlardan ən balacası 1 yaş 8 aylıq Zəhra Quliyevadır. Ermənistan ”Uşaq hüquqları haqqında" Konvensiyanı ratifikasiya edən dövlətdir, ancaq təəssüflər olsun ki, konvensiya ilə öz üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozur".

Beləliklə, hazırda Azərbaycanda uşaqların vəziyyəti necədir? Onların problemləri daha çox nədən ibarətdir? Bəzən qeyd edirlər ki, indiki dövrdə uşaqların qayğısına daha çox qalınır, nəinki əvvəlki illərdə. Bütün bunlarla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Yeni Müsavat”a danışdı:

“Hər zaman qeyd etmişəm ki, uşaqlar yalnız ildə bir dəfə, Uşaqların Müdafiə Günündə yad edilməməli, problemləri ancaq bir gündə müzakirə olunmamalıdır. Həmçinin onları sevmək, əyləndirmək ayın 1-nə təsadüf etməməlidir. Bu qayğı və diqqəti valideyn, cəmiyyət olaraq hər zaman nümayiş etdirməliyik. Eləcə də hər bir aidiyyəti dövlət qurumlarına səslənirəm ki, ildə bir dəfə deyil, gəlin daimi olaraq uşaqları nəzarətdə saxlayaq. Azərbaycanda uşaq hüquqları ilə bağlı qanun var. Bu qanuna riayət etməyənlərlə ildə bir dəfə deyil, hər zaman, daima iş aparmalıyıq. Hər bir ailədə işlərimiz olmalı, hər bir uşaq diqqət və qayğı ilə əhatə olunmalıdır.  Bunu bizə tövsiyə edən birinci vitse-prezidentimiz Mehriban Əliyevadır. Bizim devizimiz var - ”Özgə uşaq olmur". İllərlə bu devizlə addımlamış və öz işimlə sübut etmişəm ki, mənim üçün özgə uşaq yoxdur.

Əgər söhbət sovet dövründən gedirsə, deyərdim ki, çox yanılırlar. Çünki sovet dövründə uşaqlara həm ailə, həm də dövlət tərəfindən qayğı, diqqət göz qabağında idi. Ailələr anlayırdılar ki, uşaq təkcə onların deyil, həm də dövlətindir və dövlət də bu uşaqların qəyyumudur.

Bu gün isə bəzi valideynlər əsasən “uşaq mənimdir, mənə heç kəs heç nə edə bimləz” deyib, başlayır sosial təminatları, iqtisadi vəziyyəti önə çəkməyə. Amma bu, heç bir valideyni məsuliyyətdən kənar etmir".

Kəmalə Ağazadə təmsil etdiyi sığınacaqda məskunlaşan uşaqlardan da söz açdı: “Bu gün sığınacağımızda məskunlaşan uşaqlar əsasən valideynlərinin ucbatından baxımsız vəziyyətdə qalanlardır. Valideynlər uşaqlarına biganə yanaşdıqları üçün bəzən onlar cinayət qurbanına çevrilirlər. Ötən illərlə müqayisədə fərq ondan ibarətdir ki, bu gün valideyn məsuliyyətsizliyi daha çox artıb. Bu da onların öz hüquqlarını bilməməsi ilə bağlıdır. Valideyn anlamır ki, övladı təkcə onun deyil, həm də Azərbaycanın, bu dövlətin vətəndaşı və uşağıdır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.