banner
banner

İdman

Braziliya millisinin sabiq futbolçusu yeni klubu üçün velosipedlə yola çıxıb

Braziliya millisinin sabiq futbolçusu yeni klubu üçün velosipedlə yola çıxıb

Braziliya millisinin sabiq futbolçusu Fred "Kruzeyro" klubundan "Fluminense" komandasına keçib. 

"Report" xəbər verir ki, 36 yaşlı hücumçu iki illik sözləşmə imzalayıb və xeyriyyə aksiyası çərçivəsində Belu-Orizontidən Rio-de-Janeyroya qədər 600 km velosiped sürəcəyini açıqlayıb.

O, hazırda məsafənin 150 km-ni qət edib. 

Futbolçu 4 min braziliyalı ailəyə yemək paketləri toplamağı qarşısına məqsəd qoyub. 

"Sənə inanıram. Velosiped sürürəm və bu zaman evlərinizdən ianə edirsiniz. Biz ümumi məqsəd üçün birləşəcəyik", - deyə, Fred "Instagram"da yazıb. 

Sponsorlar hər km üçün 4 uşağa avadanlıq söz verib. 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.