banner
banner

Dünya

“Qlobal Peyvənd Sammiti”ndə 35 ölkənin rəsmisi iştirak edəcək

“Qlobal Peyvənd Sammiti”ndə 35 ölkənin rəsmisi iştirak edəcək

İyunun 4-də Böyük Britaniya hökumətinin təşkilatçılığı ilə COVID-19 virusuna qarşı peyvəndin tapılmasına həsr olunacaq videoformatda keçiriləcək üçüncu “Qlobal Peyvənd Sammiti”ndə 35 ölkənin dövlət və hökumət başçısı iştirak edəcək.

“Report” xəbər verir ki, sammitdə yeni növ koronavirusa qarşı peyvəndin universal olmasını təmin etmək üçün lazım olan resursların səfərbər edilməsi müzakirə olunacaq.

Sammitdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus, Böyük Britaniyanın baş naziri Boris Conson, Banqladeşin baş naziri Şeyx Hasin, Burkina-Fasonun Prezidenti Rok Mark Kristian Kabore, Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Zati-aliləri xanım Sahle-Uork Zevde və “Microsoft” şirkətinin banisi Bill Qeyts də iştirak edəcək.

Rusiya prezidenti Vladimir Putinin sammitdə iştirakı gözlənmir. 

Rusiyanı konfransda Səhiyyə naziri Mixayil Muraşko təmsil edəcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da faktı təsdiq edib. 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.