ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi ilə bağlı etiraz aksiyalarının gedişində 9,8 mindən çox insan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
“Report” xəbər verir ki, hazırda 9813 etirazçı polis tərəfindən saxlanaraq təcridxanalara aparılıb.
Qeyd olunub ki, təkcə Hyuston şəhərində 200, Los-Anceles şəhərində 2 500-dən çox, Nyu-York şəhərində isə 1500 etirazçı həbs edilib.
Qeyd edək ki, qarışıqlıqlara səbəb polisin zorakılığı nəticəsində afroamerikalı Corc Floydun həlak olmasıdır. Kütləvi iğtişaşlar səbəbindən Vaşinqton və Nyu-York da daxil olmaqla, ölkənin təxminən 40 şəhərində komendant saatı tətbiq olunub.
Pentaqon ABŞ paytaxtının ətrafında 1,6 minə yaxın hərbçi yerləşdirildiyi barədə məlumat yayıb.


