Minneapolis şəhərində polisin kobud davranışları nəticəsində ölən Corc Floyd COVID-19-a yoluxubmuş.
“The Guardian”ın məlumatına görə, bu, mərhum afroamerikalının qohumlarının israr etdiyi təkrar ekspertizanın nəticələrindən aydın olub.
Həkimlərin dediyinə görə, C.Floyd aprel ayında koronavirus infeksiyasına yoluxub. Lakin Minnesota ştatının Hennepin dairəsinin məhkəmə-tibb idarəsinin hesabatına görə, koronavirus C.Floydun ölümünə təsir göstərən amil olmayıb.
Qeyd edək ki, C.Floydun dəfni iyunun 9-da Hyustonda qapalı şəkildə keçiriləcək.
Xatırladaq ki, mayın 25-də C.Floyd saxta əskinaslarla ödəniş edilməsi şübhəsi ilə saxlanarkən polisin kobud davranışı ilə üzləşib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videoda hüquq mühafizəçisinin afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxması və sonra dizi ilə boynunu sıxması aydın görünür. Kadrlarda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi də əks olunub. Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb.
Bununla əlaqədar olaraq ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.