banner
banner

Sosİal

Baş Prokurorluğun qarşısında aksiya

Baş Prokurorluğun qarşısında aksiya

Tovuzun Əyyublu kəndində G.N. adlı qızı zorlamaqda ittiham edilən 4 nəfərdən biri - Elməddin Niyazovun ailəsi və yaxınları (20 nəfərə yaxın şəxs) Baş Prokurorluğun qarşısında aksiya keçirir.

Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, E. Cəfərovun yaxınları işə düzgün baxılmasını və baş prokuror tərəfindən onların qəbul edilərək, şikayətlərini dinləmələrini tələb ediblər. “Artıq Elməddinin yaxınlarından 4 nəfər şikayətlərini dinləmək üçün prokurorluğa dəvət edilib.

Qeyd edək ki, Tovuz rayonunda 20 yaşlı qız cinsi təcavüzə məruz qalıb. Əyyublu kənd sakini olan, 20 yaşlı G.N 4 nəfər həmkəndlisi tərəfindən zorlanması ilə bağlı Tovuz Rayon Polis Şöbəsinə müraciət edib. Dərhal müraciət əsasında araşdırmalara başlanılıb və 4 nəfər saxlanılaraq şöbəyə gətirilib. Fakta görə cinayət işi açılıb və həmin şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün rayon məhkəməsinə göndərilib. Tovuz rayon Məhkəməsi gənc qızı zorlamaqda şübhəli bilinən şəxslər barəsində həbs qərarı çıxarmayıb və onların polis nəzarətində olmasını məqbul sayıb.

Fakta görə başlanmış cinayət işinin istintaqı davam etdirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.