Xəzər rayonu, Şağan qəsəbəsi, Təzə Sahə Massivində ardıcıl oğurluq hadisələri baş verir.
Belə ki, bir müddət əvvəl gündüz saatlarında massivdə olan evlərin birində oğurluq hadisəsi baş verib. Bu barədə Xəzər rayon Polis İdarəsinə məlumat verilib. Amma hələlik nə araşdırma aparılır, nə də oğrular həbs olunur. Eyni ərazidə daha bir hadisə isə iki gün əvvəl baş verib.
Massiv sakinlərinin Bizimxeber.az-a verdiyi məlumata görə, ogrular bir gündə iki evə basqın ediblər. Ən dəhşətlisi odur ki, oğrular axşam saatlarında, hamının yatdığı zaman evə girirlər. Bu hal isə daha təhlükəli və insanlara həyatı təhlükə yaradır. Ən qəribəsi odur ki, hələlik Xəzər rayon Polis İdarəsi ciddi əməli addımlar atmır, oğruların tutulması istiqamətində işlər aparmır. Görünən budur…. Hər halda oğrular azadlıqda gəzir və öz əməllərini davam etdirirlər. Sakinlər həmçinin nazir Ramil Usubova müraciət edərək onların həyatını kabusa çevirən oğruların tapılaraq tutulmasını xahiş edirlər.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.