Marağı başına bəla oldu - 9 illik həbsi gözlənilir
Bir neçə gün əvvəl Fulya adlı bank işçisi “TV8” telekanalının sahibi Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşının bank hesablarına köçürülən məvaciblərin görüntülərini sosial şəbəkədə yayımlamışdı.
Həmin şəxs Acun Ilıcalı tərəfindən Şeyma Subaşına hər ay ödənən 125 min TL alimentin və 340 TL telefon danışığı pulunun görüntülərini paylaşdıqdan sonra işindən azad olunub.
“Nə qədər aliment aldığı maraqlı olduğu üçün hesab nömrələrinə baxmışam” deyə açıqlama verən Fulyanın 9 ilə qədər həbsi tələb olunur.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.