banner
banner

Dünya

Azərbaycanlı qadın PKK-nın partiyasından namizəd oldu

Azərbaycanlı qadın PKK-nın partiyasından namizəd oldu

Azərbaycanlı qadın Türkiyədə parlament seçkilərinə namizədliyini verib.
PKK təşkilatının siyasi qolu olaraq bilinən HDP-nin yeni namizədi Qıznaz Türkəlidir. Azərbaycan əsilli namizəd seçkilərdə HDP adına mübarizə aparacaq. 
Artıq partiyalar millət vəkili namizədlərini dəqiqləşdiriblər. HDP Milliyyətçi Hərəkət Partiyasını (MHP) Şərqi Anadoluda ən güclü olduğu bölgələrdən biri olan Iğdırda möhkəmlənmək istəyir.
Azərbaycan əsilli namizəd Q.Türkəli seçiləcəyi təqdirdə bölgədə olan xalqlar arasında qardaşlığı gücləndirmək üçün çalışacağını deyib: "Yaşasın xalqların qardaşlığı. Bundan sonra xalqların qardaşlığı danışacaq, rənglərin birlikdəliyi danışacaq", - deyə Türkəli vurğulayıb. 

Xalqların Demokrat Partiyası (HDP) ilk dəfə azərbaycan əsilli bir qadını Iğdır millət vəkili postuna namizəd göstərib. 

Qeyd edək ki, Türkiyədə parlament seçkiləri 7 iyunda keçirilərəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.