Ermənistan parlamentində "İraq Şam İslam Dövləti"nə qarşı (İŞİD) sərt bəyanat qəbul olunub. Sənəddə bildirilir ki, bu terror təşkilatı tərəfindən Suriyada və İraqda dini və etnik azlıqlara qarşı kütləvi cinayətlər Ermənistan hakimiyyətinin daim diqqət mərkəzindədir. Sənəddə yezidilərə qarşı törədilən kütləvi cinayətlər haqqında narahatlıq ifadə olunur: "İŞİD-in İraqda və Suriyada yezidilərə qarşı cinayət və ekstremist zorakılığı narahatlıq doğurur. Humanitar yardıma ehtiyacı olan yezidlər bu ölkələrdə əhalinin əhəmiyyətli hissəsi sayılır."
Parlament rəhbərliyi və deputatlar BMT və digər beynəlxalq təşkilatları da günahlandırıblar: "Biz dəfələrlə bu təşkilatlara baş verənlərin yolverilməzliyi və humanitar yardım üçün ehtiyac haqqında müraciət etmişik. Biz yezidi insanların ağrısını paylaşaraq beynəlxalq qurumlardan bu zorakılığın dayandırılması üçün bütün imkanlardan istifadə etməyə çağırırıq."
Parlamentdə təmsil olunan siyasi təşkilatlar - hakim Respublika Partiyası, müxalifətdə olan Erməni Milli Konqresi, "Çiçəklənən Ermənistan", Daşnaksütyun, "İrs" və başqa partiyadan olan deputatlar tərəfindən imzalanan sənəd ermənilərin növbəti bicliyidir. Çox güman ki, terrorçu qruplarla əlbir olan ermənilərin İŞİD-ə qarşı belə sərt davranışı dünya ictimaiyyətini çaşdırmaq, yezidlər adı altında beynəlxalq təşkilatlardan yardım almaq məqsədi daşıyır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.