İnstaqramda “rəqs edən milyonçu” kimi məşhurlaşan dünya şöhrətli italiyalı rəqqas Canluka Vakki birinci dəfə ata olmağa hazırlaşır.
Axşam.az xəbər verir ki, Canluka sosial şəbəkədə 25 yaşlı model sevgilisi Şeron Fonseko ilə birlikdə övladını böyüdəcəyi evini izləyicilərinə nümayiş etdirib.
İtaliyanın Bolonya şəhərində yerləşən, 15 hektarlıq ərazisi olan malikanənin dəyəri 350 milyon (təxminən 595 milyon manat) dollardır.
52 yaşlı ulduzun həyətində bir neçə ev, hovuzlar, tennis kortu, futbol meydançası, idman zalı və spa salonu var.
Qeyd edək ki, bu hər ikisin ilk övladı olacaq. Cütlük 2017-ci ildən münasibətdədir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.