banner
banner

İdman

La Liqada çıxış etmiş ən yaxşı 3 afrikalı futbolçudan biri Azərbaycanda oynayır

La Liqada çıxış etmiş ən yaxşı 3 afrikalı futbolçudan biri Azərbaycanda oynayır

İspaniya La Liqasında çıxış etmiş ən yaxşı afrikalı futbolçular müəyyənləşib.

"Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, siyahıda "Səbail"in futbolçusu Maykl Essyen də yer alıb.

Karyerası ərzində "Real Madrid"in də şərəfini qorumuş 38 yaşlı qanalı yarımmüdafiəçi La Liqa tarixində ən yaxşı üçüncü afrikalı futbolçu hesab olunub. "Barselona"nın kamerunlu sabiq hücumçusu Samuel Eto O ilk, Kataloniya təmsilçisinin keçmiş yarımmüdafiəçisi Yaya Ture ikinci yerdə qərarlaşıb.

"10-luq"da "Valensiya"nın sabiq futbolçusu Rabah Macer, "Real Madrid"dən Jeremi Njitap, "Barselona"dan Seydu Keyta, "Sportinq Xixon"dan Raşidi Yekini, "Espanyol"dan Tomas N Kono, “Deportivo La Korunya”dan Nureddin Naybet və "Selta"dan Benni Makkarti də yer alıb.

Qeyd edək ki, 2019-cu ilin martından "Səbail"də çıxış edən Maykl Essyen karyerası ərzində "Çelsi" (İngiltərə) və "Milan" (İtaliya) kimi Avropa nəhənglərinin də formasını geyinib.

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.