Bu gün "Fənərbaxça"nın oyunu var - Superliqa bərpa olunur
Koronavirusa görə mart ayının əvvəlindən dayandırılan Türkiyə Superliqası bu gün bərpa olunur.
Qol.az xəbər verir ki, ilk oyun gününə 27-ci turun iki görüşü nəzərdə tutulub. “Fənərbaxça” “Kayserispor”u qəbul edəcək. “Trabzonspor” isə səfərdə “Göztəpə”nin qonağı olacaq.
12 iyun
Türkiyə Superliqası, 27-ci tur
22:00.“Fənərbaxça” – “Kayserispor”
22:00.“Göztəpə” – “Trabzonspor
Qeyd edək ki, turnir cədvəlinə 53 xalla "Trabzonspor" başçılıq edir. Eyni xalı olan "Başakşəhər" 2-ci, "Qalatasaray" (50) 3-cü, "Fənərbaxça" 7-ci, (40), "Göztəpə" 8-ci (37), "Kayserispor" isə 22 xalla sonuncu - 18-cidir.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb