Rektor qızının döyülməsi işində adı hallanan Katya tapılmadı.
Tia.az-ın məlumatına görə, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı bu anonim şəxsin müəyyən edilməsinə qarşı çıxır. Mənbənin qeydlərinə görə, əslində Katya adlı qız hadisə yerində olmayıb. Rektor, qızı Ülkəri xilas etmək üçün bu versiyanı irəli sürüb. Mənbə iddia edir ki, Katya adlı qız olsaydı, istintaqa cəlb olunardı, məhkəmədə şahid və ya zərər çəkmiş kimi ifadə verərdi. H.İsaxanlı Ülkərin üzərindən şimşəkləri çəkmək naminə bu varianta baş vurub. Video görüntülərdə də Katya adlı qızın olduğu müşahidə edilmir. Döyülən şəxsin Ülkər İsayeva olduğu açıq-aydındır. Xatırladaq ki, martın 8-dən 9-na keçən gecə, saat 04 radələrində Ülkər əvvəlcədən tanıdığı şəxslər tərəfindən küçədə döyülüb. Onu döyməkdə təqsirləndirilən Zaur Məmmədov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. H.İsaxanlı mətbuata açıqlamasında övladının döyülməsi xəbərini təkzib edərək videoda görünən xanımın Katya adlı qız olduğunu bildirib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.