banner
banner

Dünya

ABŞ Almaniyadakı hərbçilərinin sayını azalda bilər

ABŞ Almaniyadakı hərbçilərinin sayını azalda bilər

ABŞ Almaniyadakı hərbi kontingentinin sayını 25 min nəfərə qədər azaltmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə Donald Trump Ağ Evdə "dairəvi masa" görüşü zamanı bildirib. Qərarın səbəbi Almaniyanın amerikan hərbçilərinin yerləşdirilməsinə görə ödəmələri etməməsidir. "Almaniya siz bildiyiniz kimi NATO-ya ödəmələr öhdəliklərini yerinə yetirmir. Onlar NATO-ya milyardlar borcludurlar və bunu gözəl bilirlər", - ABŞ prezidenti deyib.

Prezident, Almaniyadakı ABŞ hərbçilərinin sayının Berlinin onların yerləşdirilməsi üçün hesabları ödəmədiyi təqdirdə 25 minə endiriləcəyini bildirib. Hazırda Almaniyada təxminən 34,5 minlik ABŞ kontingenti saxlanılır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.