banner
banner

Dünya

Azərbaycanda hamilə həkim koronavirusa yoluxdu

Azərbaycanda hamilə həkim koronavirusa yoluxdu

Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında daha bir həkim koronavirusa yoluxub. 

News24.az-ın məlumatına görə, 1984-cü il təvəllüdlü onkoloq İndira Səfərova COVID-19 daşıyıcısı olaraq hamiləliyinin 37-ci həftəsində uşaq dünyaya gətirib, ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpə tam sağlamdır. Onkoloqun vəziyyəti artıq yaxşılaşıb. 

Qeyd edək ki, bu klinikanın həkimləri arasında artıq COVID-19-a ikinci yoluxma halıdır.

Ötən gün Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dosenti, tanınmış həkim-onkoloq Fikrət Namazov koronavirusdan vəfat edib.

F.Namazovun ürəyində stend olması onun bu xəstəliklə mübarizə aparmasına problem yaradıb. 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.