banner
banner

İdman

"Liverpul" çempion olsa, Kloppun heykəli ucaldılmalıdır"

"Liverpul" çempion olsa, Kloppun heykəli ucaldılmalıdır"

"Liverpul"un əfsanəsi Stiven Cerrard klubun baş məşqçisi Yurgen Klopp haqda danışıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o deyib ki, "Liverpul" İngiltərə Premyer Liqasının qalibi olacağı təqdirdə, alman mütəxəssisin heykəli ucaldılmalıdır:

"Yurgen Klopp dünyanın ən yaxşı məşqçisidir. O, "Liverpul"a gəldi və dərhal komandanı yeni bir səviyyəyə gətirdi. Yurgen işə başladığı zaman klub hətta ən yaxşı 4 klub sırasında deyildi. Onun rəhbərliyi altında komanda Çempionlar Liqasını və ilk İngiltərə titulunu qazana bildi.

Hesab edirəm ki, Yurgen mükafatlandırılmalıdır. Futbolda biz tez-tez insanların qazandıqları uğurları qiymətləndirmək üçün onların yaşlanmalarını gözləyirik. Ancaq "Liverpul" sahiblərinin buna imkan verməyəcəyini bilirəm. İngiltərə çempionluğunu qazandıqdan sonra Kloppun heykəli üzərində işlərə başlanmalıdır".

Qeyd edək ki, "Liverpul" hazırda İngiltərə çempionatında 29 turdan sonra 82 xalla liderdir. Komanda ən yaxşı izləyicisi "Mançester Siti"ni 25 xal qabaqlayır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.