Türkiyənin baş nazir Əhməd Davudoğlu jurnalistlərin suallarını cavablandırıb. Cia.az-ın məlumatına görə, baş nazir seçkilərdəki hədəfindən danışaraq bildirib ki, hədəfləri iqtidar olmaqdır. "Mən seçki nəticələri haqqında mülahizələrimi demirəm. Kılıçdaroğlu kimi 35% səs toplamaq barədə heç nə bilmərəm. Hədəfimiz iqtidar olmaqdır və olacağıq da", - deyə Davudoğlu bildirib. Türkiyənin baş nazirinin çıxışı zamanı başqa bir maraqlı məqam isə onun istefası haqqında olub. O qeyd edib ki, əgər seçkilərdə partiya olaraq üstünlük qazana bilməsələr, iqtidar olmasalar istefa verəcək.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.