Rusiyada yeni növ koronavirus infeksiyasından (COVID-19) ölən tibb işçilərinin sayı açıqlanıb.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiyanın Səhiyyə sahəsinə nəzarət edən Federal Agentliyinin yaydığı məlumatda bildirilib ki, ölkədə indiyədək COVID-19-dan 489 tibb işçisi həyatını itirib.
Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 560 mini ötüb, xəstəlikdən ölənlərin sayı isə 7760 nəfərə çatıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.