“Nə qədər vacib adamsan ki...” – Murad Arif əsəbiləşdi
Müğənni Murad Arif sənət yoldaşlarından gileylənib.
Musavat.com xəbər verir ki, sənətçi həmkarlarının zənginə cavab verməyən sənət adamlarını tənqid edib:-
"Bir həmkarım başqasına "Sənin prodüserin mənə zəng edə bilməz! Prodüserin üçün prodüserimin nömrəsi var",- deyəndə, onu ürəyimdə qınamışdım. Çünki heç kəs kimsədən üstün deyil. Hamı Allah qatında insandır. Bəzən müğənninin işçisiylə danışmaq, hətta daha xoş, operativ olur. Amma məsələnin başqa tərəfi də var. Tanışıq? Həmkarıq? Münasibətlər mehribandır? Superstar qədər məşğul deyilsən? Sən nə qədər vacib adam oldun ki, sözünü mənə işçin deyir? Zəng et, özün sözünü de. Qarşılıqlı etika, mədəniyyət, hörmət belə şeylərdən başlayır, ay 5-10 il oxuyanlar. Bir yerə qeyd edin",-deyə Murad Arif bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.