banner
banner

İdman

“Fənərbaxça” “Qalatasaray”ın istədiyi futbolçu ilə anlaşıb

“Fənərbaxça” “Qalatasaray”ın istədiyi futbolçu ilə anlaşıb

Türkiyənin “Fənərbaxça” klubu növbəti transferini gerçəkləşdirib.

Apasport.az saytının məlumatına görə, İstanbul klubu “Sivasspor”un futbolçusu Mert Hakan Yandaşla anlaşıb.

“Fənərbaxça” 26 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıb. O, 2025-ci ilin yayına qədər “sarı-lacivərdlilər”in formasını geyinəcək.

Müqaviləsi mövsümün sonunda başa çatan futbolçu yeni klubuna azad agent kimi keçəcək. Adı 6 aydır, “Qalatasaray”la yanaşı hallanan Yandaş ilkin müqavilə imzalasa da, İstanbulun digər klubuna keçib. Buna səbəb “sarı-qırmızılar”ın aprelin 30-dək yerinə yetirilməli olan şərtləri icra etməməsidir.

Qeyd edək ki, Yandaş cari mövsümün 31 oyununda 10 qol vurub.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.