Lənkəranda "Böyük oyun"u izləməyə gedən idman jurnalistləri bu gün polislər tərəfindən saxlanılıb. Lənkəran şəhərinin girəcəyində Dövlət Yol Polisinin (DYP) əməkdaşları idman jurnalistlərini daşıyan Peşəkar Futbol Liqasının tutduğu avtobusu stadiona buraxmaq istəməyib. Buna səbəb polislərin jurnalistləri Bakıdan gələn azarkeş bilməsi olub. Jurnalistlər öz vəsiqələrini göstərsələr belə, polisləri fikrindən yayındırmaq olmayıb. Lakin sona məsələ yoluna qoyulub. Məlum olub ki, onlar "Neftçi" fanatları yox, doğrudan da Azərbaycan idman mətbuatının nümayəndələridir. Bununla belə, yerli əhalinin səhv başa düşəcəyindən ehtiyatlanan DYP əməkdaşları bu avtobusu stadiona kimi müşayiət edib. Qeyd edək ki, ötən mövsüm AFFA-nın İntizam Komitəsinin çıxardığı qərara əsasən "Neftçi" və "Xəzər Lənkəran" komandaları arasında keçirilən görüşlərdə qonaq komandanın tərəfdarlarının stadiona girişinə qadağa qoyulub.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.