banner
banner

İdman

Türkiyə futbolunda növbəti qalmaqal - Video

Türkiyə futbolunda növbəti qalmaqal - Video

Türkiyə Super Liqasının 28-ci turunda dünən keçirilən "Alanyaspor” – "Trabzonspor” matçından (2:2) sonra qalmaqal yaşanıb.

Qol.az xəbər verir ki, belə ki, "Trabzonspor”un çempionluq yolunda vacib iki xal itirdiyi görüşün son dəqiqələrində meydan sahibləri hesabı bərabərləşdirdikdən sonra böyük sevinc yaşayıb. Görüşü tribunadan izləyən Trabzon təmsilçisinin rəhbərliyi isə qoldan sonra "Alanyaspor"un işçilərinə narazılıqlarını bildirib. Narazılığın böyüməsi nəticəsində tərəflər arasında tribunada dava olub.Polis və jandarma onları sakitləşdirməyə çalışıb.

Bu zaman "Trabzonspor"un prezidenti Ahmet Ağaoğlu və ətrafındakılar meydana girərək rəqib klubun işçilərinə hücum çəkib. Davanı polisin müdaxiləsiylə dayandırmaq mümkün olub.

Qeyd edək ki, bu xal itkisindən sonra "Trabzonspor" liderliyə yüksələ bilməyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.