banner
banner

Gündəm

Azərbaycanda daha bir icra başçısının müavini koronavirusa yoluxdu

Azərbaycanda daha bir icra başçısının müavini koronavirusa yoluxdu

Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı və əməkdaşlarından yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar götürülən test analizlərinin nəticələri məlum olub.

Bunu "Report"a Goranboy Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi İftixar Zeynalov deyib.  

Onun sözlərinə görə, Goranboy RİH başçısının birinci müavini Ceyhun Həsənovun testinin nəticələri pozitiv çıxıb. Bu səbəbdən o, ev şəraitində karantinə alınıb. Hazırda C.Həsənovun evdə müalicəsi davam etdirilir.

Goranboy RİH-in başçısı və digər əməkdaşlarının koronavirus testinin nəticələri isə neqativ olub.

Qeyd edək ki, daha əvvəl Samux RİH başçısının müavini Qəzənfər Əliyev koronavirusa yoluxmuşdu. Q.Əliyev iyunun 20-də müalicə edildiyi Goranboy RMX-da dünyasını dəyişib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.