banner
banner

İdman

Qalmaqallı hücumçu Azərbaycanla vidalaşdı

Qalmaqallı hücumçu Azərbaycanla vidalaşdı

Son olaraq "Neftçi" komandasında çıxış etmiş Baqali Dabo Azərbaycanla vidalaşıb. 

"Report" xəbər verir ki, bu barədə 32 yaşlı hücumçu "Instagram" hesabından məlumat yayıb. 

Dabo vida mesajında Azərbaycana təşəkkür edib. O, burada 4 il ərzində keçirdiyi hər anı heç vaxt unutmayacağını sözlərinə əlavə edib. Dabo Azərbaycan üçün hər şeyin ən yaxşısını diləyib. 

Qeyd edək ki, Baqali Dabo 2016 - 2018-ci illərdə "Qəbələ"də çıxış edib. Fransalı forvard 2018-ci ildən "Neftçi"nin formasını geyinib.

2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasının bombardiri olan Dabo qalmaqalları ilə də gündəmə gəlib.

Son olaraq "Qarabağ" forması ilə fotosunu paylaşdığı üçün onu "Neftçi" rəhbərliyi ciddi cəzalandırıb. "Ağ-qaralar"la müqaviləsi iyunun 30-da bitən Dabonun Kiprin "Apollon" klubuna keçəcəyi gözlənir. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.