Türkiyənin paytaxtı Ankarada qarlı və şaxtalı hava şəraiti hökm sürür. Havanın tempraturu 3-4 dərəcəyə qədər düşüb. Şəhərin şimal bölgəsinə 20 santimetr qar düşüb. Eyni zamanda, Antalya və Manisa vilayətlərində də qar yağıb. Manisada şaxta yerli təsərrüfata ziyan vurub.
Antalya bir neçə saat davam edən qar yağışı yollarda nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Yazın ortasında Antalya üçün xarakterik olmayan hava şəraiti ən çox uşaqları sevindirib. Məktəblilər qartopu oynaraq qardan həzz alıblar.
Meteoroqlar soyuq hava şəraitinin bir neçə gün davam edəcəyini proqnozlaşdırıblar.
Ölkənin şərq vilayətlərində isə, qum fırtınası təsirli olub. Şanlıurfa, Mardin və Elazığ vilayətlərində fırtına fəsadlar törədib. Yollarda görüş məsafəsinin azalması ilə əlaqədar nəqliyyatın hərəkətində ləngimələr olub. Bir neçə yol qovşağında qəzalar baş verib. Lakin, xoşbəxtlikdən, insan itkisi yaşanmayıb.
Qalın toz qatı insanların nəfəs almasına çətinlik törədib. Rəsmilər fırtına sovuşanadak insanalara evdən çölə çıxmamağı məsləhət görüb//ANS
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.