Səudiyyə Ərəbistanı hərbi hava qüvvələrinin Yəməndə husi üsyançılarına qarşı əməliyyatları davam edir. Ötən gün koalisiya qırıcıları paytaxt Sənada üsyançıların mövqelərini bombalayıblar.
Husilərə qarşı əməliyyatlar artıq 2 həftədir ki, davam edir. Əməliyyatlar və yerüstü döyüşlər nəticəsində indiyə qədər 500-dən çox insan öldürülüb. Birləşmiş Millətlər Təşkilatının baş katibi Ban Ki Mun Yəməndə vəziyyətin daha da pisləşdiyini deyib.
Ban Ki Mun: “Yəməndə üsyandan əvvəl də vəziyyət, istənilən halda, pis idi. Son iki həftə ərzində bu ölkədə ərzaq təhlükəsizliyi riski iki dəfə artıb. İnsanlar su çatışmazlığından əziyyət çəkir, tibbi yardıma ehtiyac duyurlar. Yüzlərlə insan öldürülüb, xəstəxanalar və məktəblər bağlanıb. Husilərin hökumətə qarşı çıxması və zorakı yolla hakimiyyəti ələ alması Təhlükəsizlik Şurasının qətnaməsinə ziddir”
Yəmən əhalisi, eyni zamanda, yanacaq çatışmazlığından da əziyyət çəkir. Ötən gün yanacaqdoldurma məntəqələri qarşısında yüzlərlə avtomobil növbədə gözləyib.
İranın ali dini lideri Ayətullah Əli Xamneyi Yəmənə endirilən aviazərbələri soyqırım adlandırıb.
“Səudiyyə Ərəbistanının bu əməliyyatları böyük səhvdir. Ər-Riyadın Yəməndə törətdikləri sionistlərin Qəzzada törətdikləri ilə eynidir. Burada iki aspekt var. Birincisi, bu, cinayətdir. Onlar uşaqları öldürür, evləri, infrastrukturu dağıdırlar. İkcinisi isə, Səudiyyə Ərəbistanı Yəməndə məğlub olacaq”.
Husilər paytaxt Sənada hökumət dairələrini ələ keçirdikdən sonra prezident Əbd Rəbbo Mənsur Hadi ölkəni tərk edərək Səudiyyə Ərəbistanına sığınıb.//ANS
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.