Türkiyəli müğənni Doğuş "Xəzər" televiziyasında aparıcılıq edəcək.
Musavat.com xəbər verir ki, bu haqda "5/5" proqramında aparıcı Zaur Kamal deyib. Doğuş yay boyunca "Doğuş şou" ilə tamaşaçıların görüşünə gələcək. Lakin verilişin həftənin hansı günləri və hansı saatda efirə gedəcəyi açıqlanmayıb.
Qeyd edək ki, məşhur teleaparıcı Xoşqədəm Hidayətqızı ilə evlidir. X. Hidayətqızı “Xəzər” televiziyasında “Səni axtarıram” verilişini təqdim edir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.