banner
banner

Gündəm

AzTV-nin baş redaktoru da koronavirusdan öldü - iki gündə iki ölüm!!!

AzTV-nin baş redaktoru da koronavirusdan öldü - iki gündə iki ölüm!!!

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) baş redaktoru Etibar Babayev koronavirusdan ölüb.

APA xəbər verir ki, bu barədə Hacı Nuran Hüseynov özünün facebook səhifəsində məlumat paylaşıb. Paylaşımda deyilir: ''Təəssüf ki, hava-damcı yolu ilə yayılan bu virus tanınmış jurnalist Etibar Babayevə də yoluxdu… Bu dəqiqə aldığım məlumat çox acınacaqlıdır - Etibar Babayev dünyasını dəyişib... Deməyə sözüm qalmayib, Allah rəhmət eləsin”.

Musavat.com bildirir ki, Etibar Kamal oğlu Babayev AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi idi. Etibar Babayev koronavirus şübhəsi ilə ağır vəziyyətdə Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yerləşdirilmişdi.

Artıq bu, AZTV-də bir həftədə ikinci  ölüm hadisəsidir. Bundan bir gün əvvəl Azərbaycan Televiziyasının rejissoru  Samir Nemətzadə koronavurusdan dünyasını dəyişmişdi. 

Allah rəhmət etsin.  



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.